Kitab mağazaları şəbəkəmizə Anbar Meneceri vəzifəsi üzrə əməkdaş axtarılır.
Əsas vəzifələr:
Anbarın gündəlik fəaliyyətinin təşkili və idarə edilməsi
Məhsulların qəbulu, yerləşdirilməsi və uçotuna nəzarət
Anbar qalıqlarının mütəmadi yoxlanılması
Məhsulların mağazalara düzgün və vaxtında göndərilməsinin təşkili
Anbar əməkdaşlarının iş bölgüsünün aparılması və fəaliyyətinə nəzarət
İnventarizasiyanın keçirilməsi və nəticələrin yoxlanılması
Anbar üzrə sənədləşmə və hesabatların aparılması
1C proqramında işlərin icrasına nəzarət
Namizədə tələblər:
Anbar sahəsində minimum 3 il iş təcrübəsi
Anbar idarəçiliyi üzrə praktiki biliklər
1C proqramını bilmək
MS Excel bilikləri
Komanda idarəetmə bacarığı
Məsuliyyətli, diqqətli və operativ olmaq
İş qrafiki:
5 gün — 09:00–17:00
6-cı gün — 09:00–15:00
İş yeri: Bakı. 20 yanvar m. yanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 18.10.2026