Aruba 6000 12G CL4 2SFP PoE 139W Enterprise Managed Switch L2 (R8N89A) kiçik və orta ölçülü müəssisələr üçün nəzərdə tutulmuş, yüksək performanslı və peşəkar idarəetmə imkanlarına malik Layer 2 şəbəkə kommutatorudur. Model 12 Gigabit RJ-45 PoE+ portu , 2 ədəd 1G SFP uplink və 2 ədəd 1GbE RJ-45 uplink ilə şəbəkədə yüksək sürətli və sabit bağlantı təmin edir. 139W PoE+ güc büdcəsi sayəsində IP kameralar, VoIP telefonlar, simsiz giriş nöqtələri (Access Point) və digər PoE dəstəkləyən avadanlıqları əlavə enerji mənbəyi olmadan qidalandıra bilir. Switch Dual-Core ARM Cortex-A9 1.016 GHz prosessoru, 8 GB DDR3 operativ yaddaşı və 16 GB eMMC daxili yaddaşı ilə sürətli məlumat emalı və etibarlı işləmə təmin edir. 32 Gbps kommutasiya tutumu və 23.8 Mpps paket ötürmə qabiliyyəti yüksək trafik şəraitində stabil performans təqdim edir. Model Web GUI, CLI və SSH vasitəsilə rahat idarə olunur və VLAN, ACL, IGMP, MLD, IPv4/IPv6 marşrutlaşdırma, SVI və digər inkişaf etmiş Layer 2 funksiyalarını dəstəkləyir. Fansız (Fanless) dizaynı səssiz işləmə təmin edir və onu ofislər, server otaqları, təhlükəsizlik sistemləri və biznes şəbəkələri üçün ideal seçimə çevirir. Rack, divar və masa üzərində quraşdırma imkanları sayəsində müxtəlif istifadə ssenarilərinə uyğunlaşır.