Müasir estetikası və erqonomik dizaynı ilə seçilən, modern-lüks üslubda dizayn edilmiş qatlanan (açılıb-yığılan) masa həm yerə qənaət etmək, həm də interyerə zəriflik qatmaq üçün ideal bir seçimdir. Masa qara fon üzərində incə detalları olan, yüksək keyfiyyətli italyan mərməri effektli naxışa malikdir. Masanın kənarları və ayaq hissəsi parlaq qızılı rəngdə metal karkasdan işlənmişdir. Bu rəng kombinasiyası masaya premium və şık bir görünüş bəxş edir. Dairəvi formalı dizayna malikdir.