Maşını özüm sürmüşəm, ailə maşını olub. Səliqəli saxlamışam, qarajda qorunub. Satmaq fikrim olduğu üçün nəyi varsa olduğu kimi yazıram — gələn adam da maşını rahat şəkildə yoxladıb qərar verə bilər.
Maşının üzərində olanlar:
• 040 rəng
• 20-lik disklər
• Ambiyans işıqları
• Alkantara tavan
• Dam zavod rəngindədir, rənglənməyib
• 216.184 km
• Yalnız 95 benzinlə sürülüb
Amerikadan gələndə kuzovda olan cızıqlara görə maşın Pro Service-də yenidən 040 rəngə yığılıb/rənglənib. Dam rənglənməyib.
Mühərrik Doctor Engine-də yoxlanılıb. Karobka, xadavoy və digər əsas sistemlər də daimi yoxlanılıb. Servis və yağ dəyişmə tarixçəsi sənədlərlə var.
Kosmetik olaraq ön bufer sürtülüb, onu da qeyd edirəm ki, sonradan sürpriz olmasın. Ciddi qəza, şassi və ya konstruktiv problem barədə söhbət gedə bilməz.
Maşını almaq istəyən adam istədiyi ustaya və istənilən servisə aparıb tam yoxlada bilər. Mənim üçün əsas odur ki, alan adam maşını bəyənsin və sonradan narazı qalmasın.
Nömrəsiz satılır
Ciddi alıcı ilə yerində baxış və normal qiymət çərçivəsində razılaşmaq olar.