İş planlarına uyğun olaraq işçilər arasında şəbəkənin istismarı və cari təmiri üzrə iş bölgüsü etmək;Şəbəkənin istismarı və cari təmiri üçün sənədlərin saxlanmasına nəzarət etmək;Şəbəkə cihazlarının, yerüstü elektrik xətlərinin fasiləsiz işləməsini təmin etmək üçün materiallara, hissələrə, cihazlara, qoruyucu vasitələrə, alətlərə olan ehtiyacı hesablamaq;Şəbəkənin və yerüstü elektrik xətlərinin istismarı və cari təmiri üzrə işlərin keyfiyyətini vizual olaraq müəyyənləşdirmək;Şəbəkənin istismarı və cari təmiri zamanı Əməyin mühafizəsi və Texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;İşçilərə materialların, ölçü cihazlarının, qoruyucu vasitələrin, alətlərin verilməsini təmin etmək;Şəbəkənin istismarına və cari təmirinə nəzarət etmək üçün lazım olan miqdarda enerji təchizatı cihazları və avadanlıqlarının sxematik diaqramlarını oxumaq;Şəbəkənin və yerüstü elektrik xətlərinin istismarı və təmiri işlərini planlaşdırmaq və təşkil etmək;Şəbəkəni materialları, ölçü cihazları, qoruyucu vasitələri, alətlər və qurğuları texniki sənədlərlə təmin etmək.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil;Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;Əməyin mühafizəsinə dair təlimatlar barədə biliklər;Kommunikasiya, təşkilatçılıq, komanda idarə etməsi, analitik düşüncə bacarıqları.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Gəncə, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-boyuk-elektrik-mexaniki-gence-17850745/apply