Brend meneceri tələb olunur

1 200 ₼
Brend meneceri tələb olunur
SatılıkAnaliz edildiİkinci el3 gün önce yayımlandı
ŞehirBakı
Tarih
Numara№1138844
Açıklama
NK Media komandamıza Rəqəmsal Platformalar və Brend Meneceri axtarır.
Vəzifə öhdəlikləri:
* Spotify, Apple Music/iTunes, Deezer, Amazon Music, Yandex Music və digər rəqəmsal musiqi platformalarında artist profillərinin idarə olunması;
* Spotify for Artists, Apple Music for Artists və digər artist panelləri ilə işləmək;
* Artist profillərinin yaradılması, təsdiqlənməsi və optimallaşdırılması;
* Artist şəkilləri, bioqrafiya və digər məlumatların aktual saxlanılması;
* Mahnı sözlərinin (lyrics) Musixmatch, Genius və digər uyğun xidmətlər vasitəsilə platformalara yerləşdirilməsi;
* Yeni relizlərin platformalarda düzgün yerləşdirilməsinə nəzarət;
* Yanlış artist profilləri, profil birləşdirmələri və digər platforma problemlərinin araşdırılması və həlli;
* NK Media-nın rəqəmsal platformalardakı korporativ görünüşünün inkişaf etdirilməsi;
* NK Media-nın LinkedIn səhifəsinin qurulması və idarə olunması;
* Şirkətin rəsmi veb-saytındakı məlumatların aktuallığına nəzarət;
* NK Media-nın rəqəmsal mühitdə daha güclü brend kimi təqdim olunması üçün yeni ideyaların hazırlanması.
Tələblər:
* Rəqəmsal platformalarla sərbəst işləmək bacarığı;
* Musiqi industriyasına və rəqəmsal distribusiyaya maraq;
* İngilis dilində platforma interfeysləri və yazışmalarla işləyə biləcək səviyyədə bilik;
* Araşdırma və problem həll etmə bacarığı;
* Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq.
Spotify for Artists, Apple Music for Artists, Musixmatch, Genius və ya musiqi distribusiya sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Əməkhaqqı: 500–1200 AZN. Namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir.
İş yeri: Bakı, Binəqədi, Altis Plaza.
İş qrafiki: Tam iş günü. (11:00-19:00)
Biz yalnız verilən tapşırıqları yerinə yetirən deyil, araşdıran, yeni ideyalar təklif edən və NK Media-nın inkişafına töhfə vermək istəyən əməkdaş axtarırıq.
