Bu gözel bəxt gətirən Pronovias firmaya məxsus gəlinlik satılır. Replika və ya kopiya deyil. Pasportu mövcüttur.
Gəlinlik yalnız 1 dəfə geyinilib və toy sonrası peşəkar kimyəvi təmizləmədən keçirilib. Vəziyyəti əladır.
Çox zərif və qadınsayağı modeldir. Gəlinliyin üzərindəki orijinal həcmli çiçəklər, korset və incə kəsim fiquranı gözəl şəkildə vurğulayır.
Əsas üstünlüyü — bir neçə fərqli görünüş yaratmaq mümkündür:
🌸 Ətəyin 2 müxtəlif həcm variantı
Komplektə iki müxtəlif alt ətək daxildir:
— daha həcmli variant — gur və dəbdəbəli ətək üçün;
— daha az həcmli variant — zərif A-line siluet üçün.
Ətəyin həcmini istəyə uyğun seçmək mümkündür.
👰🏻 2 ədəd fata
Qısa fata saçlara bərkidilir. Üzün üzərinə salmaq mümkündür — gəlinin evdən çıxışı zamanı və ya toy mərasimində bəyin gəlini götürərkən fatanı üzündən açması kimi gözəl ənənəvi an üçün çox uyğundur. Daha sonra qaldırılaraq yüngül qısa fata kimi istifadə edilə bilər.
Uzun fata və şleyf çox orijinal dizayna malikdir və çiyinlərə bərkidilir. Təntənəli giriş və fotosessiya üçün çox effektlidir. Girişdən sonra çıxarıla bilər ki, toy boyunca hərəkətə mane olmasın və yalnız qısa fata saxlanılsın.
Ölçü: S
Boy: dabanlı ayaqqabı ilə təxminən 160–170 sm üçün uyğundur (dabanın hündürlüyündən asılı olaraq).
Komplektə daxildir:
✔️ Original Pronovias Aethra gəlinlik
✔️ Qısa fata
✔️ Uzun fata və şleyf
✔️ Müxtəlif həcmli 2 alt ətək
Gəlinlik Bakıda yerləşir. Geyinib yoxlamaq mümkündür.
Qiymətdə razılaşmaq olar.