Maşının yan görünüşü tam və funksional olsun! Bu yan güzgü qəzada əzilmiş, çatlamış, korpusu cızılmış və ya mexanizmi işləməyən güzgünü əvəz edir — A05-in profilini yenidən səliqəyə salır. Zavod formasına birə-bir oturur, qapının xəttini pozmur, kənardan baxanda "orijinal" görünür.
Changan A05 yan güzgü
Yan güzgü sürücünün "üçüncü gözüdür" — zolağı dəyişəndə, geri gedəndə, park edəndə arxanı aydın göstərir. Sınıq və ya laxlayan güzgü ilə hər manevr risk deməkdir; salamat güzgü isə yolda rahatlıq və təhlükəsizlik verir.
Mexanizmi elektriklidir — güzgü şüşəsi salondan düymə ilə tənzimlənir, əl ilə əlləşmək lazım gəlmir. Korpusda inteqrasiya olunmuş dönmə işığı (povorotnik) var — siqnal verəndə güzgünün yanı işıqlanır. Versiyaya görə isitmə (obogrev) funksiyalı variant da mövcuddur — qışda buz və buğ özü əriyir. Konnektor zavod nöqtəsinə birləşir, artıq sim çəkmək lazım gəlmir.
Korpus davamlı plastikdən tökülüb, rəngi qapı ilə uyğun gəlir. Quraşdırma sadədir: köhnə güzgü çıxarılır, konnektor açılır, yeni güzgü öz nöqtələrinə oturdulur və fişə taxılır. Usta işi qısa çəkir.
Sağ və sol tərəf üçün ayrıca mövcuddur — sifariş verəndə hansı tərəf (sürücü/sərnişin), isitmə/povorotnik olub-olmaması və maşınınızın rəng kodunu qeyd edin..