Təbiət həvəskarları, ovçular və bağbanlar üçün nəzərdə tutulmuş bu 4+1 universal nabor, bütün vacib kəsici alətləri tək bir dəstək birləşdirir. Kompakt dizaynı və dəyişdirilən başlıq mexanizmi sayəsində çantanızda çox yer tutmadan geniş iş imkanları yaradır. Dəstə bir əsas erqonomik dəstək və 4 fərqli funksiyalı başlıq daxildir: kiçik balta, iki fərqli bıçaq ucluğu və sümük/odun mişarı. Xüsusi kilid sistemi sayəsində ehtiyacınıza uyğun olan ucluğu bir neçə saniyə ərzində dəstəyə bərkidə bilərsiniz. Rahat tutuşu təmin edən dəstək ələ tam oturur və ağır işlər zamanı (odun yarma, sümük kəsmə) maksimum nəzarət imkanı yaradır. Başlıqlar yüksək keyfiyyətli poladdan hazırlanıb, bu da onların uzun müddət itiliyini saxlamasını və korroziyaya qarşı davamlılığını təmin edir.