ŞƏXSİ TİKİLİDİR ŞİRKƏT DEYİL.
REAL QİYMƏTİ 11000-12000 min manata başa gəlib! Ehtiyyac olduğundan maya dəyərindən ucuz satılır.
TAM ƏTRAFLI AŞAĞIDA OXUYA BİLƏRSİNİZ.
Şəxsi istifadə üçün yüksək keyfiyyətlə yığılmış modul ev (prefabrik ev / konteyner tipli ev) satılır. Bağ evi, həyət evi, ofis, obyekt kimi ideal seçimdir.
📐 Ölçülər: bayır ölçüsü 7 × 3.5 m (≈24.5 m²), daxildə 2 otaq kimi bölünüb. Bayır hündürlüyü ~3m
🔩 Konstruksiya:
10×10 və 4×4 metal profillərlə yığılıb, profil qalınlığı 4 mm
Karkas uzunömürlü və korroziyaya davamlı olsun deyə gəmi boyası (kraskası) ilə rənglənib
Satış üçün yox, şəxsi istifadə üçün tikildiyindən materiallara qənaət edilməyib
🪵 Fasad: Alphawood kompozit taxta saydinq ilə üzlənib — müasir görünüş, hava şəraitinə tam davamlılıq.
🧊 İzolyasiya:
Səs izolyasiyası (şumoizolyasiya)
Hidro-külək izolyasiyası
Texnonikol daş yunu + penoplast
Daxili divarlar qalın dikt (faner) ilə bağlanıb
⚡ Kommunikasiyalar:
Elektrik və internet xətləri çəkilib
Santexnika üçün yer nəzərdə tutulub
Ev daxildən təmirsiz təhvil verilir — alıcı öz zövqünə uyğun dizayn edə bilər, istəyə görə təmir də edilə bilər
🚪 Pəncərə və qapılar xüsusi sifarişlə, keyfiyyətli yığılıb.
🚚 Daşınma ilə bağlı qeyd: Ev daşına bilən konstruksiyadır, lakin hazırkı yerindən çıxarılması bir qədər qəliz olduğundan daşınma alıcının üzərinə düşür. Bu səbəbdən qiymətdə razılaşmaq mümkündür.