Parıltı asanlıqla sürüşür, dodaqlara bərabər və sürətlə yayılır, yapışqan olmayan tekstura və parıltılı bitişə malikdir. İnanılmaz formula, ən yaxşı balzam kimi dərhal hamarlanmış nəmləndirilmiş dodaqlar efekti və komfort hissi bəxş edəcəkdir. — Üzvi Şi yağı yüksək qidalandırıcı və nəmləndirici xüsusiyyətlərə malikdir. Tərkibində olan bioaktiv efirlər qıcıqlanmanı aradan qaldırır, iltihaba qarşı təsir göstərir və ultrabənövşəyi şüalanmadan qoruyur. — Üzvi Püstə yağı, həssas dodaq dərisini nəmləndirən və yumşaldan zəngin yağ turşularına malikdir. — Ekoloji təmiz Amazon Marakuya toxumu yağı maksimum nəmləndirici və yumşaldıcı təsir göstərir, dərinin təbii hidrolipid balansını bərpa etməyə kömək edir. Maraq doğuran bir fakt, Amazon Marakuyasının yetişdirilməsi və sənayeləşdirilməsi Braziliyanın dayanıqlı inkişaf proqramının bir hissəsidir və Amazon bölgəsinə zərər vermir. Tərkibində yoxdur: heyvan mənşəli inqrediyentlər, silikonlar, ətir vericilər, mineral yağlar, plastik hissəciklər. Heyvanlar üzərində sınaqdan keçirilməyib. • Unikal baxım formulu: dodaqların nəmləndirilməsi və qidalanması • Parıltılı bitiş və yapışqan olmayan tekstura • Tərkibində qiymətli yağlar: Amazon Marakuya toxumu yağı, Püstə yağı və Şi yağı • 6 təbii zərif çalar • Xüsusi rahat meyilli aplikator