Qiymət sondur!
İdeal vəziyyətdə Fender Squier Stratocaster elektro gitarası və ev şəraitində çalmaq/yazmaq üçün tam hazır dəst satılır. Ayrı-ayrı almağa ehtiyac yoxdur - hər bir xırda detal dəstə daxildir.
Dəstə nə daxildir:
🎸 Elektro gitara: Squier Stratocaster (Satin Red rəngdə).
Qeyd: Daha dolğun və güclü səs (sustain) almaq üçün körpü (bridge) hissəsindəki səsötürən (single) daha güclü dabl/humbuckerlə əvəz olunub. Orijinal zavod səsötürəni dəstə daxildir və tam işləkdir. İstəsəniz rahatlıqla yenidən ev şəraitində əvvəlki vəziyyətinə qaytara bilərsiniz.
🎛 Səs kartı (Audio Interface): M-Audio M-Track Solo — gitaranı birbaşa kompüterə və ya noutbuka qoşub proqramlarda (Guitar Rig, FL Studio və s.) çalmaq və səs yazmaq üçün ideal kartdır.
🔌 Kabellər və Keçiricilər:
Orijinal Fender gitara kabeli (yüksək keyfiyyətli, kənar küy vermir).
6.35 mm -> 3.5 mm qızıl suyuna çəkilmiş audiolint keçirici (adapter).
🧰 Aksessuarlar və Qulluq vasitələri:
Music Nomad F-ONE Oil — grifi (klaviatura hissəsini) təmizləmək və qorumaq üçün premium keyfiyyətli xüsusi yağ.
Gitara kəməri.
Gitara üçün tənzimləmə açarları (Hex / Allen keys).
🛠 Əlavə ehtiyat hissələri və lehimləmə dəsti:
Orijinal zavod səsötürəni (single pickup) və v vintləri.
Əlavə ehtiyat pikqard (ağ növ).
Lehimləmə aparatı (payalnik) və lehim teli (gitarada istənilən modifikasiyanı özünüz etməyiniz üçün).
Vəziyyəti əladır, yalnız evdə istifadə olunub. Yeni başlayanlar və evdə musiqi ilə məşğul olmaq istəyənlər üçün hazır "Home Studio" dəstidir.