Əsas vəzifə öhdəlikləri:
Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması);
Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi);
Mağaza yerinin rəhbərliyə təqdim edilməsi;
Sahibkarla görüşüb təklif verilməsi;
Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu).
Tələb olunan bilik və bacarıqlar:
Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük;
Bənzər sahələrdə minimum 1 il iş təcrübəsi;
Ezamiyyətlərə açıq olmaq;
Avtomobilin olması mütləqdir.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmlak məsələləri üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 04.10.2026