Salam. Xahiş edirəm, elanı diqqətlə oxuyun, maşın barədə 95% məlumatlar qeyd olunub. Maşın Xaçmaz rayonundadır.
Maşını özümüz birbaşa Almaniyadan 29.11.2018 tarixində 198.000 yürüşdə gətirmişik. Orda mühərrik yağını dəyişdiyimizdən, Azərbaycanda ilk dəfə yağını 27.04.2019 tarixində dəyişib və burdan sonra kitabça açılıb və bütün qeydlər olunub. Bu günə qədər hər 7000-dən bir ancaq Ravenol 5-30 FO yağı ilə dəyişmişik. 8 ilə 102.600 km idarə olunub.
Bu maşın ayda 3-4 dəfə Bakıdan market üçün yüngül xırdavat mallar gətirib. Ağır yük vurulmayıb. Qalan günlər boş halda dayanır-sürülməyib. 1 ilə təxmini 13.000 km sürülüb. Yük yerinin uzunluğu 3 metr 30 santimetrdir.
İndi də görülən işlərini yazım.
Bu ilin iyun ayının 1-i 4 təzə təkər alınıb. Cəmi 1.500 km sürülüb.
Bu ilin may ayında xodovoy hissəsinə 730 manat pul xərclənib və saz vəziyyətdədir.
2 il qabaq 4 ədəd farsunka əsaslı şəkildə təmir olunub və 850 manat pul xərclənib.
Təzəlikcə kompüterə salınıb, əsaslı yoxlanıb və tixiy datçiki yenisi ilə əvəz olunub.
Texniki baxış — 22.04.2026-da olunub.
Sığorta — 25.02.2026-da olunub.
Satma səbəbim marketin bağlanmasıdır.
Qiymətdə cüzi endirim olunacaq.