65 yaşdan sonra dəri incəlir, həssaslaşır, quruyur və susuzlaşır, öz tonusunu və elastikliyini itirir, piqmentasiya yaranır. Təbi kollagen, elastin və hialuron turşusunun sintezi prosesləri yavaşlayır. Dəri gecə vaxtı tam və effektiv qulluq tələb edir. Hidroliz olunmuş dəniz kollageni Collasurge dərini nəmləndirir, dartır, öz kollagenin aktiv sintezini təmin edir. Amin turşularının çatışmazlığını aradan qaldıraraq qoruyucu və bərpaedici effekt göstərir. Hidroliz olunmuş dəniz kollageni və hialuron hüceyrə regenerasiya proseslərini sürətləndirir, dərinin elastikliyini və möhkəmliyini artırır, dərin qırışları düzəldir. İki növ hialuron turşusu dərini intensiv nəmləndirir, yumşaldır, onun təbii hidrobalansını bərpa edir, quruluq, qabıqlanma və susuzlaşmaya qarşı qoruyur. Bioloji prosesləri stimullaşdırır: epidermisin regenerasiyasını təmin edir və ani cavanlaşdırıcı liftinq effektini verir. Dərini hamarlayır və incə edir. Üz və boyun konturlarını dartıcı inqilabi Agefinity kompleksi görünən yaş piqment ləkələrini əhəmiyyətli dərəcədə azaldır. Qırışların dərinliyini və səviyyəsini azaldır. Nəmləndirici krem hüceyrə səviyyəsində işləyir, tonunu bərabərləşdirir, parıltı verir və lazım olan su balansını təmin edir. İstifadə qaydası: qidalandırıcı kremi axşam saatlarında təmizlənmiş üz dərisinə masaj xətləri boyunca, habelə boyun və dekolte zonasına çəkindir. Vasitə bütün dəri növləri üçün uyğundur, yağlı, qarışıq, problemli və normal dəri də daxil olmaqla. Komedogen deyil, sızanaqlar və qara nöqtələrin yaranmasının qarşısını alır. Yaşlı və həssas dəri üçün idealdır. 96,4% təbii inqridiyentlərdən ibarətdir. Axşam saatlarında istifadə üçün gündəlik qulluq.