Dərin, xarizmatik və seçilən bir ətir… İlk anda hiss olunan zərif ədviyyə və aromatik notlar səni isti tütün və dəri akkordlarına aparır. Alt notlarda isə yumşaq vanil və odunsu çalarlar qalıcı, cəlbedici iz buraxır. Montabaco – güclü xarakteri olan, sakit amma təsirli insanların seçimidir. Uniseksdir, amma xüsusilə özgüvənli və diqqət çəkməyi sevənlər üçün idealdır.