Klinik materialların mikrobioloji müayinəsini həyata keçirmək, uyğun laborator diaqnostika metodlarını seçmək, müayinə nəticələrini qiymətləndirmək və klinik əhəmiyyətini şərh etmək.Bakterioloji və mikoloji müayinələri aparmaq, mikroorqanizmlərin identifikasiyasını və antimikrob preparatlara həssaslığının təyin edilməsini qüvvədə olan standartlara və laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək.Parazitoloji müayinələri müvafiq standartlara və laboratoriya prosedurlarına uyğun aparmaq.Klinik nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi proseslərinin preanalitik tələblərə uyğunluğuna nəzarət etmək.Mikrobioloji müayinələrin analitik və postanalitik mərhələlərində keyfiyyətin təmin olunmasında iştirak etmək, laborator nəticələrin düzgünlüyünü və etibarlılığını qiymətləndirmək.Antimikrob həssaslıq testlərinin nəticələrini müvafiq beynəlxalq standartlara uyğun qiymətləndirmək və zəruri hallarda klinik şöbələrlə nəticələrin interpretasiyası üzrə peşəkar məsləhətləşmələr aparmaq.Klinik və epidemioloji əhəmiyyət daşıyan mikroorqanizmlərin, o cümlədən antimikrob rezistentlik göstəricilərinin aşkarlanması, qeydiyyatı və monitorinqində iştirak etmək.İnfeksiyaların profilaktikası və nəzarəti, antimikrob preparatların rasional istifadəsi və antimikrob rezistentliyin monitorinqi istiqamətində klinikanın aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək.Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), keyfiyyətə nəzarət sənədlərinin və digər laborator sənədlərin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.Laboratoriya avadanlıqlarının, reaktivlərin və sərf materiallarının düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək, biotəhlükəsizlik və infeksiyaya nəzarət tələblərinə riayət etmək.Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, mikrobioloji müayinələrin seçilməsi, nümunələrin düzgün götürülməsi və laborator nəticələrin klinik interpretasiyası ilə bağlı peşəkar məsləhət vermək.Universitet klinikasının tədris, elmi-tədqiqat və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.
Vakansiya növü: Tam ştat
Şirkət: Qarabağ Universitetinin Klinikası
Yer: Xankəndi, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/karabakh/karabakh-hekim-mikrobioloq-46319589/apply