Hyundai Grandeur 2023 — Black Ink Calligraphy | FULL KOMPLEKTASİYA
Avtomobil ideal vəziyyətdədir. Çox səliqəli və baxımlı istifadə olunub. Daim qarajda saxlanılıb və avtomobilə xüsusi qulluq göstərilib.
Kuzova bahalı professional polirovka olunub və üzərinə premium keramika örtüyü çəkilib. Avtomobilin kuzovu həm görünüş, həm də qorunma baxımından əla vəziyyətdədir.
Black Ink Calligraphy — ən full və prestijli komplektasiya.
. Panoramik lyuk
. Head-Up Display (HUD)
. 360° kamera
. Adaptiv kruiz-kontrol
. Sürücü oturacağında masaj funksiyası
. Ön oturacaqların havalandırılması və isidilməsi
. Arxa oturacaqların isidilməsi
. Sükanın isidilməsi
. Arxa elektrik pərdələr
. Tam komplektasiya
. Premium salon və yüksək komfort
. Müasir təhlükəsizlik və sürüş sistemləri
Avtomobil həm texniki, həm də vizual olaraq ideal vəziyyətdədir. Salon çox səliqəlidir, kuzovda daim qoruyucu qulluq aparılıb.
Yağ yaxın zamanda dəyişdirilib. Avtomobilə vaxtında texniki qulluq göstərilib və heç bir əlavə xərc tələb etmir. Alıb birbaşa sürmək üçün tam hazır avtomobildir.
Bu vəziyyətdə və bu komplektasiyada Hyundai Grandeur Black Ink Calligraphy tapmaq kifayət qədər çətindir.
Ciddi və real alıcılar əlaqə saxlaya bilər. Real alıcı ilə avtomobilin yanında qiymət barədə razılaşmaq mümkündür.