81 m² geniş və tam şəraitli 2 otaqlı mənzil uzunmüddətli kirayə verilir. Hündürlüyü 3 metr.
Mənzil əvvəl 3 otaqlı planlaşdırılıb, sonradan 2 otağa uyğunlaşdırıldığı üçün otaqları və ümumi yaşayış sahəsi kifayət qədər geniş və rahatdır. Mənzil səliqəli, tam əşyalıdır və əlavə xərc çəkmədən yaşayış üçün lazım olan bütün şərait mövcuddur.
Mənzildə:
• TV
• soyuducu
• kondisioner
• paltaryuyan maşın
• qabyuyan maşın
• kombi istilik sistemi
• mebel və digər zəruri məişət avadanlıqları mövcuddur.
• Hamam otağı jakuzi və duş kabinəsi ilə təchiz olunub.
📍 Yerləşmə mənzilin əsas üstünlüklərindən biridir: Atatürk parkının düz yanında, Ayna Sultanova heykəlinə və Gənclik metrosuna yaxın ərazidə yerləşir. Binanın həyətində böyük Bazarstore, qarşısında isə avtobus dayanacağı var. Yaxınlıqda məktəblər, uşaq bağçaları, universitetlər, klinikalar, apteklər, marketlər və gündəlik həyat üçün lazım olan digər bütün infrastruktur mövcuddur.
🏢 Binanın həyətində şlaqbaumlu avtomobil dayanacağı, blokda domofon sistemi və yeni lift var.
Mənzil genişlik, rahatlıq və lokasiyanı bir yerdə axtaranlar üçün çox əlverişli variantdır. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.