Mənzil Sumqayıt şəhərinin infrastruktur cəhətdən tam inkişaf etmiş nöqtələrindən birində yerləşir. Şəhərin əsas prospektlərinə rahat çıxışı var. Kompleksin yaxınlığından Sumqayıt daxili işləyən və Bakı istiqamətinə gedən əsas marşrut avtobusları keçir. Yaxınlıqda təhsil və tibb müəssisələri, ticarət və iaşə obyektləri mövcuddur. Kompleks ərazisində 24/7 mühafizə xidməti, video-nəzarət kameraları və giriş-çıxışa nəzarət edən komendant sistemi, sakinlərin rahatlığı və uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş geniş abad həyət, yeraltı avtodayanacaq mövcuddur. Mənzil kombi sistemi, mətbəx və dəhliz mebeli, kondisionerlə təchiz olunub. Eyvan cam balkondur. Mənzil şəkildə göründüyü kimi (çarpayılar çıxacaq), ailələr üçün verilir. Kirayə haqqı 450 AZN. Əlavə olaraq aylıq komendant ödənişi. Vasitəçilərin və qeyri-ciddi şəxslərin narahat etməməsi xahiş olunur.