Nərimanov metrosuna cəmi 5 dəqiqəlik məsafədə, Heydər Əliyev Mərkəzinin yaxınlığında, hərəkətin çox olduğu əlverişli ərazidə hazır qadın salonu icarəyə verilir.
Obyekt 500 kvadratmetr sahədən ibarətdir və 10 otaqdan təşkil olunub. Yeni təmirdən çıxıb, bütün əşyalar və avadanlıqlar yenidir. Salonun fəaliyyəti üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb və obyekt tam hazır vəziyyətdədir. Hazır iş imkanı olan bu obyekt əlavə böyük xərc tələb etmədən fəaliyyətə başlamaq üçün ideal variantdır.
Obyektin 3 ayrı girişi var. Qarşısında geniş parkovka mövcuddur ki, bu da müştərilər üçün böyük rahatlıq yaradır.
Ətrafında Nərimanov metrosu, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Bakı Olimpiya Stadionu, parklar, otellər, biznes mərkəzləri, restoranlar, kafelər, marketlər və digər mühüm obyektlər yerləşir. Ərazi yüksək piyada və avtomobil axını olan, biznes üçün əlverişli lokasiyadır.
İcarə qiyməti: 8 000 AZN
Obyekt tam təmirli , bütün avadanlıqları quraşdırılmış, geniş parkovkası olan və fəaliyyətə tam hazır vəziyyətdədir. Hazır iş imkanı axtaran şəxslər üçün çox yaxşı seçimdir.
Qeyd: Elana əlavə olunan şəkillər obyektə aid deyil. Obyektə yerində baxış keçirmək daha məqsədəuyğundur.