İş haqqında məlumat:
AzəriMed MMC komandası peşəkar və inkişafyönümlü İnsan Resursları üzrə Mütəxəssis axtarır.
Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək; İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək;İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi;Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması;Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq;Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi;Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası.İş şəraiti:İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə)Əmək haqqı: 700 – 1160 AZN İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Tələblər:
Ali təhsil; İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür); Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə; MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı; Analitik düşünmə və effektiv ünsiyyət bacarığı; Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.
Üstünlüklər:
Təcrübəli Namizədlər üstün tutulur
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Maaş: 700 - 1160 ₼
Son müraciət: 08/10/2026