İnteryer dizayneri tələb olunur

700 ₼
İnteryer dizayneri tələb olunur
SatılıkKontrol edildiİkinci el3 gün önce yayımlandı
ŞehirBakı
Tarih
Numara№1130051
Açıklama
HEPTAGON GROUP MMC komandamıza peşəkar və məsuliyyətli Memar axtarır.
Əmək haqqı
700–1,000 AZN
Namizədin real peşəkar səviyyəsi, iş təcrübəsi və praktiki bacarıqları nəzərə alınaraq əmək haqqına yenidən baxıla və artırıla bilər. Yüksək səviyyəli mütəxəssislər üçün müsahibə və praktiki yoxlama nəticəsində daha yüksək əmək haqqı müzakirə oluna bilər.
Tələblər
Memarlıq sahəsində minimum 3 il real iş təcrübəsi;
Memarlıq layihələrinin hazırlanması üzrə praktiki bilik;
İşçi layihə, plan, kəsik, fasad və detal çertyojlarının hazırlanmasını yüksək səviyyədə bilmək;
AutoCAD proqramında sərbəst işləmək;
ArchiCAD, Revit, 3ds Max və digər peşəkar proqramları bilmək üstünlükdür;
Tikinti konstruksiyaları və əsas MEP sistemləri barədə anlayış;
Layihəni yalnız vizual deyil, texniki və icra baxımından düzgün həll edə bilmək;
Sahə ölçüləri və mövcud vəziyyət əsasında layihə hazırlamaq bacarığı;
Material, konstruktiv həll və montaj prinsipləri barədə praktiki bilik;
Verilmiş tapşırığı vaxtında və dəqiq yerinə yetirmək;
Detallara diqqətli, məsuliyyətli və sistemli işləmək;
Komanda ilə işləmək və layihə rəhbərinin tapşırıqlarını düzgün icra etmək.
Vacib qeyd
Vakansiya yalnız peşəkar fəaliyyətə ciddi yanaşan və qeyd olunan tələblərə uyğun namizədlər üçündür. Minimum təcrübə və tələb olunan peşəkar bacarıqlara cavab verməyən namizədlərin müraciət etməməsi xahiş olunur.
Namizədlərin bilik və bacarıqları müsahibə zamanı və zərurət olduqda praktiki tapşırıq vasitəsilə yoxlanılacaq.
İlk mərhələdə müəyyən edilmiş əmək haqqı namizədin sınaq müddətində göstərdiyi nəticələrə əsasən artırıla bilər.
Müraciət üçün: CV və Portfolio təqdim olunmalıdır.
