Sofcon Group olaraq Satınalma komandamızı genişləndiririk. Bu istiqamətdə inkişaf etmək və peşəkar təcrübə qazanmaq istəyən namizədləri Satınalma üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik.
Vəzifə öhdəlikləri:
Satınalma sifarişlərinin qəbulu və icrasında iştirak etmək;
Potensial təchizatçıların araşdırılması və uyğun təkliflərin toplanmasını həyata keçirmək;
Qiymət təkliflərini müqayisə etmək və müvafiq hesabatları hazırlamaq;
Təchizatçılarla yazılı və şifahi danışıqlar aparmaq;
Satınalma sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;
Sifarişlərin icra vəziyyətini izləmək və aidiyyəti şəxslərə məlumat vermək;
Texniki heyət və digər struktur bölmələrlə koordinasiyalı şəkildə çalışmaq.
Namizədə tələblər:
Yaş: 21–30;
Qadın və bəy namizədlər;
Mühəndislik və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Satınalma və ya əlaqəli sahədə 1 ilədək iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
İngilis dili – C1 səviyyəsində sərbəst danışıq bacarığı (mütləqdir);
Rus dili – əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı;
Operativlik, dəqiqlik və yüksək məsuliyyət hissi;
Komandada işləmək bacarığı;
Satınalma sahəsində inkişaf etməyə və öyrənməyə yüksək motivasiya.
İş şəraiti:
İş yeri: Caspian Plaza, Sofcon Group;
İş qrafiki: 5 günlük qrafik;
İş saatları: 09:00–18:00;
Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 18.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/sofcon-group-junior-procurement-specialist-151610