Kart məhsulları üzrə yaranan overdraft halların gündəlik monitorinqini və təhlilini həyata keçirmək;Müştəri hesabları və kart əməliyyatları üzrə məlumatları yoxlamaq və uyğunsuzluqları müəyyən etmək;Overdraftların düzgünlüyünü və əsaslılığını müəyyən etmək məqsədilə müvafiq əməliyyat və tranzaksiyaların araşdırılmasını həyata keçirmək;Aşkarlanmış problemlər və uyğunsuzluqlar üzrə aidiyyəti struktur bölmələrlə koordinasiya etmək;Overdraftlarla bağlı müraciət və sorğuları araşdırmaq, nəticələrə uyğun olaraq cavabları hazırlamaq;Overdraftlar üzrə müvafiq hesabatların hazırlanmasında və məlumatların sistemləşdirilməsində iştirak etmək;Overdraftların təkrarlanmasının qarşısının alınması məqsədilə təkmilləşdirmə təklifləri hazırlamaq;Daxili prosedur və qaydalara uyğun olaraq digər əlaqəli tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil;Kart sahəsində ən azı 1 il iş təcrübəsi ;Kart məhsulları və bank əməliyyatları haqqında ümumi anlayış;Overdraftların və kart əməliyyatlarının təhlili üzrə analitik düşüncə qabiliyyəti;MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;Böyük həcmli məlumatlarla işləmək və məlumatları təhlil etmək bacarığı;Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək diqqət;Problemləri operativ müəyyən etmək və həll yolları təklif etmək bacarığı;Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/rabitabank/rabitabank-kart-emeliyyatlari-departamenti-kart-emeliyyatlarina-destek-sobesi-inspek-31788105/apply