Kia Sportage 2022 • 1.6 Dizel • Rəsmi servis • 2027-yə qədər zəmanət
Avtomobil 2022-ci ildə rəsmi servisdən alınıb və 2027-ci ilin noyabr ayına qədər rəsmi zəmanəti (qarantiyası) mövcuddur.
Maşın vuruq və udar görməyib, rənglənmiş və dəyişən detalı yoxdur. Gündəlik intensiv istifadə olunmayıb, qaraj şəraitində saxlanılıb və səliqəli istifadə edilib.
Avtomobilin texniki və vizual vəziyyəti çox yaxşıdır. Çox cüzi kosmetik xərci mövcuddur və fotolarda ayrıca qeyd olunub. Həmin məsələ nəzərə alınaraq qiymətdə real alıcı ilə avtomobilə baxış zamanı razılaşmaq mümkündür.
Xahiş edirəm, telefonla “son qiymət”, “neçəyə verərsən?” tipli qiymət danışığı üçün narahat etməyin. Avtomobili ciddi şəkildə almaq istəyən real alıcı ilə maşının yanında, baxışdan sonra müəyyən qədər qiymət razılaşması ediləcək.
Maşın sahibindən satılır. Vasitəçilər və qeyri-ciddi şəxslər narahat etməsin.
Real alıcıya yerində baxış zamanı qarşılıqlı razılaşma mümkündür.