Cənnət Parkda (Aşağı Güzdək yolu) 2 otaqlı, 62 m² mənzil 450 AZN-ə kirayə verilir.
Mənzil yenidir, yaşayış olmayıb və tam təmirlidir. 10 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 2 otaq, mətbəx, sanuzel və balkondan ibarətdir. Kombi istilik sistemi, lift, daimi qaz, su, işıq və internet mövcuddur.
Mənzilin əşyaları kirayəçinin istəyinə uyğun yerləşdiriləcək. Stol, stul, şkaf, yataq dəsti, soyuducu, paltaryuyan maşın və digər zəruri əşyalar təmin olunacaq.
Bina 24 saat mühafizə və kamera sistemi ilə qorunur. Həyətdə şlaqbaum və ödənişsiz parkinq var. Səliqəli və yaşıllıq həyətində uşaq parkı və futbol stadionu mövcuddur.
Binanın altında marketlər, Araz supermarket, aptek, restoran, gözəllik salonu, fitnes zalı, çay və şirniyyat evləri, müxtəlif mağaza və xidmət obyektləri, həmçinin Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Yaxınlıqda məktəb və uşaq bağçaları da mövcuddur.
Bina Bakı-Şamaxı-Yevlax magistral yolunun yaxınlığında yerləşir. 511 nömrəli marşrut binanın qarşısından Aşağı Güzdək–Avtovağzal istiqamətində işləyir. Magistral yoldan 114A və 114B marşrutları ilə 20 Yanvara birbaşa getmək mümkündür. 557 nömrəli marşrut Sədərək ticarət mərkəzinə, 555 nömrəli marşrut isə Sumqayıta gedir.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Abşeron, Güzdək qəs.