Köhnə Günəşli qəsəbəsində, Səməd bəy Mehmandarov küçəsində yerləşən 2 otaqlı, 50 m² mənzil uzunmüddətli kirayə verilir.
Mənzil 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Təmirlidir, əşyalıdır və yaşayış üçün lazım olan bütün şəraitlə təmin olunub. Mənzildə kondisioner, soyuducu, binanın istilik sistemi, pitiminutka, zəruri mebel və məişət avadanlıqları mövcuddur. Binada lift var. Balkon əsas küçəyə baxır.
Yaxınlıqda iri supermarketlər, o cümlədən Böyük Megastore, məhəllə marketləri, məktəb və poliklinika yerləşir. Şəhərə və metrolara birbaşa avtobuslar gedir. 46, 36, 104 və 20 nömrəli avtobusların dayanacağı 1 dəqiqəlik məsafədədir.
Mənzil ailəyə və minimum 6 ay müddətinə kirayə verilir.
Elan birbaşa ev sahibi tərəfindən yerləşdirilib. Vasitəçi və agentlik haqqı yoxdur.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Orta təmirli
Yerləşmə: Xətai ray., Köhnə Günəşli qəs.