Nizami rayonunda, 8-ci km bazarının aşağı hissəsində, Bazarstore-un yerləşdiyi binada 2 otaqlı mənzil kirayə verilir.
Mənzilin ümumi sahəsi 70 m²-dir. Binanın 9-cu mərtəbəsində, tam orta hissəsində yerləşir. Pəncərələri cənub tərəfə baxır, buna görə mənzil günəşli və işıqlıdır.
Mənzil yüksək keyfiyyətli parket döşəmə və kombi istilik sistemi ilə təchiz olunub. Mənzildə özümüz yaşamışıq, buna görə bütün detallar yüksək keyfiyyətlə seçilib.
Tam əşyalı və məişət texnikası ilə birlikdə təqdim olunur. Soyuducu, paltaryuyan maşın, kondisioner, TV, soba və bişirmə paneli mövcuddur. Mebellər arasında “Doğtaş” mebelləri və digər əşyalar var.
Binanın çox geniş həyəti və həyətdə parking imkanı var. Bina tam təhlükəsizdir və 7/24 mühafizə xidməti ilə təmin olunub.
Ətrafda Podium Mall, Məlhəm Klinikası, məktəb, 8-ci km bazarı, marketlər, restoranlar və digər zəruri obyektlər yerləşir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Nizami ray.