Səbail rayonunda, 20-ci sahə dairəsindən cəmi 5 dəqiqəlik piyada məsafədə, 162 nömrəli məktəbin tam yanında yeni təmir olunmuş mənzil kirayə verilir.
6 nömrəli avtobusun dayanacağına 2 dəqiqəlik piyada məsafədə yerləşir. Mənzil təmirdən sonra çox az yaşayış olub.
Ümumi sahəsi 100 m²-dir. 2 mərtəbəlidir, əlavə olaraq küçəyə birbaşa çıxışı olan zirzəmisi var. Mənzil 2 yataq otağı, 1 qonaq otağı, mətbəx, hamam və sanitar qovşağından ibarətdir.
Tam əşyalı kirayə verilir. İsti döşəmə sistemi və kombi quraşdırılıb. 2 ədəd kondisioner mövcuddur.
Həyətində və ətrafında marketlər və parkinq mövcuddur. İnkişaf etmiş infrastruktura və rahat nəqliyyat imkanlarına malikdir. Uşaqlı ailələr üçün əlverişlidir.
Mənzil sahibiyəm, makler deyiləm. Xahiş olunur, yalnız ciddi şəxslər əlaqə saxlasın.
Zəng edin, WhatsApp-a yazmayın.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Səbail ray., 20-ci sahə qəs.