Tbilisi prospektində, 20 Yanvar metrosuna yaxın ərazidə, Grand Həyat / IST Petrolun üzbəüzündə, Neptun marketin yerləşdiyi binada 3 otaqlı, 2 sanitar qovşaqlı mənzil kirayə verilir.
Mənzil 13-cü mərtəbədə yerləşir. Döşəməsi parketdir. Binada qaz yoxdur, mənzil fan-coil isitmə və soyutma sistemi ilə təchiz olunub. Sanitar qovşaqların döşəməsində isti döşəmə sistemi mövcuddur.
Mənzildə rahat yaşayış üçün bütün zəruri əşya və texnika var. Texniki avadanlıqlar yenidir, mebellər xüsusi zövqlə seçilib və yüksək keyfiyyətlidir.
Bina tam təhlükəsizdir. Həyətində uşaqlar üçün oyun meydançası, böyüklər üçün idman meydançası və fitness zalı mövcuddur. Ərazi şəhərin bütün mərkəzi nöqtələrinə rahat çıxış imkanına malikdir.
Mənzil daim səliqəli və təmiz saxlanılıb. Öz mənzilimdir və yalnız ailələr üçün nəzərdə tutulub.
Yalnız ciddi şəxslərin əlaqə saxlaması xahiş olunur.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Nəsimi ray., 20 Yanvar m/st