Tam qidalı dietik yem Royal Canin "Recovery" pişiklər və itlər üçün xəstəlikdən və intensiv terapiyadan sonra bərpa müddətində nəzərdə tutulmuşdur. Göstərişlər: - Anoreksiya – qida qəbulunda pozğunluqlar. - Əməliyyatlardan sonra və intensiv terapiya zamanı orqanizmin dəstəklənməsi. - Bərpa müddəti. - Süni enteral qidalanma. - Pişiklərdə qaraciyər lipidouzu. - Hamiləlik, laktasiya, böyümə. Royal Canin "Recovery" dietik yemində yüksək enerji miqdarı qidanı iştahsız heyvanlarda az miqdarda yeyilməsini kompensasiya etməyə kömək edir. Konsistensiyası asanlıqla şpris və ya zond ilə verilməsinə imkan yaradır. Stasionarda olan itlər və pişiklərdə iştahanın azalması və bədən çəkisinin itirilməsi tez-tez müşahidə olunur. Konservlər yüksək dadlıq cazibəyə malikdir, bu səbəbdən heyvanlar onları məmnuniyyətlə yeyirlər. Sinerqik təsirli antioksidant kompleksi (vitaminlər E və C, taurin, lutein) oksidləşdirici stresin təsiri ilə hüceyrə zədələnməsinə qarşı durmağa və immun sistemini gücləndirməyə kömək edir. Tərkibi: quş qaraciyəri, donuz əti, quş əti, işlənmiş qarğıdalı nişastası, sellüloza, kalsium kazeinat, balıq yağı, minerallar, quru yumurta ağları, günəbaxan yağı, taurin, karragenan, fruktooligosaxaridlər (FOS), dikənli barxat çiçəyi ekstraktı (lutein mənbəsi), pişikot toxumları, maya hidrolizatı (mannan oligosaxaridlər mənbəsi), DL-metionin, mikroelementlər (o cümlədən xelat forması), vitaminlər. Əlavələr (1 kq-da): vitamin D3 - 300 MƏ, dəmir - 15 mq, yod - 0,16 mq, mis - 1 mq, manqan - 4,5 mq, sink - 47 mq. Qidalı maddələr 100 q-da: zülallar 14%, yağlar 6,2%, karbohidratlar 2,6%, minerallar 1,7%, qida lifləri 2%, nəmlik 72,5%. Enerji dəyəri 1 kq-da: itlər üçün - 1180 kkal, pişiklər üçün - 1200 kkal. Məhsul sertifikatlıdır. Tövsiyə edirik!