İş haqqında məlumat:
Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək;Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək;SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün);SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək.
Tələblər:
Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil;Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi;Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır);Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür; Təqdimat etmə bacarığı;Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti;Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları.Əmək haqqı: 800–1000 AZN İş qrafiki: 5 günlük iş qrafiki.İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Kontent menecer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 800 - 1000 ₼
Son müraciət: 02/10/2026