İş şəraiti
İş yeri: İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı)
İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş günü)
Əmək haqqı: Qarşılıqlı razılıq əsasında
Əsas vəzifələr:
Potensial korporativ müştərilərin (avtomobil parkı olan şirkətlərin) axtarışı, cəlb edilməsi və B2B görüşlərin keçirilməsi;
Dövlət və özəl sektorun tender/satınalma proseslərinin izlənilməsi və onlarda iştirak;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kommersiya təkliflərinin hazırlanması;
Satış və servis bölmələri arasında koordinasiyanın təmin edilməsi
Danışıqların aparılması və müqavilələrin bağlanması;
Mövcud korporativ müştərilərlə münasibətlərin idarə edilməsi;
Namizədə əsas tələblər:
Ali təhsil;
Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı (Rus və ya ingilis dili bilmək üstünlükdür)
Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi
Kommersiya təklifləri hazırlamaq və təqdim etmək bacarığı
Avtomobil və avtoservis sahəsi üzrə təcrübə üstünlükdür
Tender və satınalma təcrübəsi üstünlükdür
Microsoft Office, xüsusilə Excel proqramından istifadə bacarığı
B kateqoriyalı sürücülük vəsiqəsi (aktiv sürücülük bacarığı)
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Korporativ satış meneceri" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 18.09.2026