Şəxsi avtomobilimdir. Müəlliməm, avtomobildən gündəlik işə gedib-gəlmək üçün istifadə edirəm. İstifadə etdiyim müddətdə yolda ciddi problem yaratmayıb və hazırda işlək vəziyyətdədir.
Avtomobilə mütəmadi qulluq olunub. Sıradan çıxan hissələr işlənmiş deyil, yeni ehtiyat hissələri ilə əvəz edilib. Təkərlər 5 ay, radiator 6 ay, akkumulyator isə 2 ay əvvəl yenisi ilə dəyişdirilib. Təkərlər vurmur və tam balanslaşdırılıb. Elektron ventilyator, vakuum əyləc sistemi, videoqeydiyyatçı və podkrılniklər quraşdırılıb, salonun tavanı boz rəngdir, VAZ2107-nindir. .
2020-ci ildə kuzovda təmir və rəngləmə işləri aparılıb. Aşağı hissələrdəki çürük yerlər kəsilərək bərpa edilib, karnizlər və domkrat yerləri tam dəyişdirilərək gücləndirilib. Qapıların, kapotun və baqajın rezinləri yenisi ilə əvəz olunub. Kuzovda yaşına uyğun müəyyən kosmetik qüsurlar var.
Mühərrik iki dəfə təmir olunub. Blokda yaranmış çat bolt üsulu ilə bərpa edilib. Soyutma sistemində antifriz istifadə olunur. Motoristin bildirdiyinə görə, mühərrikin 4-cü silindr/porşen tərəfdən zəif əlavə səs gəlir. Bununla belə, avtomobil gündəlik istifadə olunur.
Yürüş sayğacında 70434 km göstərilir. Avtomobilin yaşına görə faktiki yürüşün dəqiqliyinə zəmanət verilmir.
Alıcı istədiyi ustada ətraflı yoxlatdıra bilər.
Avtomobil haqqında bildiyim bütün məlumatları dürüst qeyd etmişəm. Real alıcı ilə avtomobilə baxıldıqdan sonra qiymətdə razılaşmaq mümkündür.