Əsas vəzifə və öhdəliklər
Müştərinin iş yerində Podratçının əsas əlaqələndirici nümayəndəsi kimi çıxış etmək;
Layihə müddətində Müştərinin iş yerində həyata keçirilən gündəlik layihə fəaliyyətlərini koordinasiya etmək;
Müştərinin biznes bölmələri, İT, analitika komandaları və digər maraqlı tərəflərlə Podratçı arasındakı əməkdaşlığı koordinasiya etmək;
Xidmətlərin göstərilməsi üçün Müştəridən tələb olunan məlumatların toplanmasını və vaxtında təqdim edilməsini koordinasiya etmək;
Podratçı tərəfindən hazırlanmış təqdimat, hesabat və digər nəticələrin nəzərdən keçirilməsini, rəylərin ümumiləşdirilməsini və təsdiq prosesinin koordinasiyasını təmin etmək;
Layihənin təşkilati fəaliyyətlərinin icrasını izləmək və rəhbərliyin qərar verməsini tələb edən məsələləri vaxtında eskalasiya etmək;
Razılaşdırılmış fəaliyyət planı üzrə tapşırıqların icrasını izləmək və Müştərinin məsul nümayəndələrinin layihə fəaliyyətlərinə vaxtında cəlb olunmasını təmin etmək;
İşgüzar görüşlərin, seminarların, müsahibələrin və layihə nəticələrinin nəzərdən keçirilməsi sessiyalarının təşkilini və koordinasiyasını həyata keçirmək.
Tələblər
Enterprise səviyyəli İT layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi;
Bank və ya maliyyə sektorunda layihələrin həyata keçirilməsi üzrə təcrübə;
Güclü kommunikasiya, koordinasiya və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;
Biznes, İT və analitika komandaları arasında işin koordinasiyası üzrə təcrübə;
Güclü təşkilati və planlaşdırma bacarıqları, eyni zamanda çoxsaylı maraqlı tərəflərlə paralel işləmək bacarığı;
Azərbaycan və ingilis dillərini səlis bilmək;
Çoxdilli iş mühitində təcrübə əlavə üstünlük hesab olunur.
İş şərtləri
İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 08.10.2026