Təsvir
Power BI, Tableau, Excel (advanced level) üzərindən interaktiv hesabat və dashboardların hazırlanması.
Performans göstəricilərinin (KPI – vaxt, maliyyə, resurs) izlənilməsi;
Tikinti layihələri üzrə məlumatların toplanması, emalı və bazalaşdırılması;
Layihə qrafiklərinin (Primavera P6/MS Project) məlumat bazasından çıxarılması və vizual-analitik hesabatlara çevrilməsi;
Həftəlik və aylıq hesabatlarda vizual analitika (dashboard, qrafik, cədvəl, trend analizi) təqdim etmək;
Layihələrdə gecikmələrin, risklərin və resurs istifadəsinin statistik analizi və proqnozlaşdırılması;
Analitik nəticələrin rəhbərliyə aydın, müqayisəli və qərar dəstək formatında təqdim edilməsi;
Müasir BI alətləri üzərindən analitik hesabatlar hazırlamaq;
Layihə üzrə plan və fakt göstəricilərini müqayisə etmək, fərqləri müəyyənləşdirmək;
Earned Value Analysis (EVA) və digər monitorinq metodlarını hesabatlarda tətbiq etmək;
Müxtəlif analitik modellər (risk analizi, proqnoz modelləri) hazırlamaq;
Şirkət daxili işçi resurs planlaması fəaliyyətlərini icra etmək;
İşçi resurs planlaması üzrə dashboardların hazırlanması;
İşçi resurs planlaması üzrə forecast (proqnoz) və variance (plan-fakt fərqləri) analitik hesabatlarının təqdim olunması.
Tələblər
Ali təhsil: Mühəndislik və ya müvafiq ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
Kompüter bacarıqları: Excel, Power BI, Tableu;
Məsuliyyətli, intizamlı olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 08.10.2026