Galeon Seafood MMC şirkəti marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini həyata keçirəcək, nəticəyönümlü və peşəkar Marketinq şöbəsinin müdiri axtarır.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Çinar Park Biznes Mərkəzi
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: Namizədin peşəkar təcrübə və bacarıqlarına əsasən razılaşma yolu ilə
Əsas vəzifə və öhdəliklər
Şirkətin ümumi biznes məqsədlərinə uyğun marketinq strategiyasının hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
Qısa, orta və uzunmüddətli marketinq planlarını hazırlamaq və onların icrasına nəzarət etmək;
Şirkətin məhsul portfelinin bazar mövqeyinin gücləndirilməsi və brend dəyərinin artırılması istiqamətində fəaliyyət göstərmək;
Qida və dəniz məhsulları bazarını, istehlakçı davranışlarını, bazar trendlərini və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək;
Məhsulların bazara çıxarılması, mövqeləndirilməsi və tanıtımı üzrə marketinq strategiyaları hazırlamaq;
Brandinq, reklam, PR, rəqəmsal marketinq, sosial media və digər kommunikasiya kanallarının vahid strategiya çərçivəsində idarə edilməsini təmin etmək;
Reklam və marketinq kampaniyalarının konsepsiyasını hazırlamaq, icrasını koordinasiya etmək və nəticələrini KPI-lar əsasında qiymətləndirmək;
Marketinq büdcəsini formalaşdırmaq, xərclərin səmərəliliyinə nəzarət etmək və ROI göstəricilərini təhlil etmək;
Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş marketinq layihələri və kampaniyalar hazırlamaq;
Müştəri seqmentasiyası, hədəf auditoriyanın müəyyənləşdirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
Marketinq kanallarının effektivliyini ölçmək, analitik hesabatlar hazırlamaq və nəticələr əsasında inkişaf təklifləri təqdim etmək;
Marketinq şöbəsinin iş proseslərini təşkil etmək, əməkdaşlar arasında düzgün iş bölgüsü aparmaq və komandanın fəaliyyətini idarə etmək;
Xarici agentliklər, media, influencerlər, dizayn və reklam tərəfdaşları ilə əməkdaşlığı idarə etmək;
Şirkətin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına nəzarət etmək;
Rəhbərliyə marketinq fəaliyyəti, bazar dinamikası və inkişaf imkanları barədə mütəmadi hesabatlar və təkliflər təqdim etmək.
Namizədə əsas tələblər
Yaş: 27–40 yaş
İş təcrübəsi: Marketinq sahəsində minimum 3 il
Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat, PR və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Rus dili biliyi mütləqdir
Marketinq sahəsində minimum 3 il, rəhbər və ya aparıcı mütəxəssis səviyyəsində iş təcrübəsi;
Marketinq strategiyasının müstəqil şəkildə hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
Brend idarəetməsi, rəqəmsal marketinq, SMM, reklam və PR istiqamətləri üzrə güclü biliklər;
Bazar və rəqib analizlərinin aparılması və nəticələrin biznes qərarlarına çevrilməsi bacarığı;
Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması təcrübəsi;
Marketinq kampaniyalarının planlaşdırılması, icrası və effektivliyinin ölçülməsi üzrə təcrübə;
Trade Marketinq üzrə bilik və təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Google Analytics, Meta Business Suite/Ads Manager və digər rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı üstünlükdür;
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
Analitik və strateji düşüncə;
Güclü liderlik və komanda idarəetmə bacarığı;
Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Eyni anda bir neçə layihəni planlaşdırmaq və idarə etmək bacarığı.
Üstünlük hesab olunur
Qida, FMCG, HoReCa, Retail və ya dəniz məhsulları sektorunda marketinq təcrübəsi;
Böyük və ya orta ölçülü brendlərin marketinq fəaliyyətinin idarə olunması təcrübəsi;
Uğurlu reklam və satış dəstək kampaniyalarından ibarət portfolio;
Marketinq KPI-larının müəyyənləşdirilməsi və nəticələrin analizi üzrə təcrübə;
Agentlik və podratçılarla iş təcrübəsi;
Azərbaycan və ingilis dillərində yaxşı ünsiyyət bacarığı.
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik iş mühiti;
Marketinq strategiyasının formalaşdırılmasında və qərarvermə proseslərində aktiv rol;
Peşəkar inkişaf və karyera imkanları;
Əmək haqqının namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq razılaşma yolu ilə müəyyən edilməsi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Son müraciət tarixi: 22.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/galeon-seafood-mmc-marketinq-sobesinin-mudiri-151852