Ofis işləri üçün masaüstü kompüter
Ana kart - HP 290 G4 Microtower PC
Prosessor - İntel(R) Core(TM) i5-10500 CPU 3.1 MHZ
RAM - GDDR4 16 GB 2667 MHZ (2 ram yuvasından yalnız 1-i doludur)
SSD - Kioxia NWME M.2 (256 GB)
HHD - Toshiba 500 GB
Daxili inteqrasiya olunmuş prosessor olduğuna görə video kart yoxdur üzərində, prosessor özü həm də video kartın işini müəyyən mənada görür
Realtek High Definition Audio daxili səs kartı (daxili səs)
Wireless (sonradan USB vasitəsilə qoşulub)
Öz işlərimi görmək üçün bir neçə ay əvvəl almışam. Parametrlərdə də göründüyü kimi ofis işlərini (Microsoft Office) və digər dizayn proqramlarını (Corel Draw, Adobe Photoshop və s.) asanlıqla görə bilir, kompüter əsasən bu işlər üçün nəzərdə tutulub (bu proqramlar kompüterin yaddaşında var və istifadə olunur). Sonradan xidməti zərurətlə əlaqədar Azərbaycanın müxtəlif regionlarına getməli olduğum və daşınması çətin olduğu üçün bu parametrlərdə noutbuk almaq istəyirəm deyə satıram. Monitor şəxsi deyil deyə dəst şəklində satılmır. Üzərində mouse + klaviatura və digər qoşulma şunurlarını verəcəm. Almaq istəyən gəlib evdə qoşub istədiyi kimi yoxlayıb baxa bilər. 10-15 manat cüzi endirim edə bilərəm, ancaq əlimyandıda satmıram. Buna görə xahiş edirəm 100-200 manat qiymətində endirim istəməyin.
Əlavə suallarınızı zəng + whatsapp vasitəsilə verə bilərsiniz.