Preparat heyvanlarda oksitetrasiklinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin, o cümlədən qastroenteritlər zamanı, bronxopnevmoniyalar, pasterelyozun, kolibakteriozun, salmonelyozun, dırnaq çürüməsi, xlamidioz, mikoplazmoz kimi xəstəliklərin müalicə və profilaktikası məqsədilə, bakterial etiologiyalı iltihabların (metrit, mastit, doğuşdan sonrakı və yara infeksiyalarının) profilaktikası məqsədilə tətbiq edilir. O həmdə donuzlarda “MMA”(metrit mastit və aqalaktiya sindromu), qızıl yel, atrofik rinit xəstəlikləri zamanı və virus infeksiyaları zamanı bakterial mürəkkəbləşmələrin müalicəsi və profilaktikası məqsədi ilə işlədilir.