Avtomobil 1995-ci il buraxılışıdır. Kondisioneri işlək vəziyyətdədir. Şəxsi istifadəmdə olan, gündəlik sürdüyüm avtomobildir. Hazırda mexaniki cəhətdən heç bir xərc tələb etmir.
Hərəkət hissəsi, mühərriki, sürətlər qutusu və digər əsas aqreqatlarında hər hansı problem yoxdur. Otur-sür avtomobildir. Kosmetik vəziyyəti ilinə görə yaxşıdır.
Yalnız 2 xırda kosmetik çatışmazlığı var: arxa stopların şüşələrində günəş təsirindən çatlar yaranıb və ön şüşədə çat mövcuddur. Bunlar avtomobilin istifadəsinə mane olmur və alıcının istəyinə görə aradan qaldırıla bilər.
Ümumilikdə avtomobil ilinə görə çox yaxşı vəziyyətdədir, əlavə xərc tələb etmir.
Qiymətdə cüzi endirim ola bilər. Maraqlanan şəxslərdən xahiş edirəm 2025-ci ili maşınına aid suallar verməsin.