V-Class-ımı satıram. Maşın özüm tərəfindən istifadə olunub, baxımlı və səliqəli vəziyyətdədir. Texniki olaraq problemsizdir, hazırda heç bir xərc tələb etmir. Maşını alıb əlavə xərc çıxarmaq istəməyən adam üçün ideal variantdır.
Maşına həmişə vaxtında qulluq olunub, lazım olan işləri gecikdirmədən görülüb. Oturub sürməyə hazır vəziyyətdədir. Maşını gizlətməyə və ya alıcıdan nəsə saxlamağa ehtiyac görmürəm — ciddi alıcı gəlib rahat şəkildə baxdıra, yoxlada bilər.
V-Class rahatlığı, genişliyi və sürüş keyfiyyəti ilə onsuz da özünü sübut etmiş maşındır. Bu maşını alan adamın peşman olmayacağına əminəm.
Ciddi alıcıya yerində baxış mümkündür. Boş yerə vaxt itirməyək, real alıcı ilə normal şəkildə razılaşmaq olar. 🤝