Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir;Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.
Tələblər:
Ali iqtisadi təhsil;Bank sahəsində mikro kreditlərinin monitorinqi sahəsi üzrə minimum 1 (bir) illik iş təcrübəsi; (Mikro kreditləri sahəsində minimum 2 (iki) il iş təcrübəsi arzuolunandır)Microsoft Office üzrə biliklər;Analitik düşüncə və təhlil etmə bacarığı;Mikro krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı;Ünsiyyətqurma qabiliyyəti;Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/rabitabank/rabitabank-mikro-kreditlerinin-monitorinqi-uzre-bas-mutexessis-61116849/apply