Salam Aleykum. Əsas məqam Təcili Deyil! Və Alverlə məşğul olanlar dostlar və Qardaşlar zəhmət olmasa narahat etməsin. Öncədən təşəkkür edirəm.
Maşını tərifləməklə deyil. Bu Maşına baxan artıq bilir nəyə baxır və nə axtarır.
Bilməyənlər üşün - "Dünyanın TOP 5–10 ən yaxşı çərçivəli (rama) SUV-lərindən biri.dir". Müxtəlif Bazarlarda bu avtomobilin Adları: Montero Sport, Challenger, Shogun Sport, Nativa, Pajero Sport, Montero.
▪ Güclü və özünü doğruldan 3.0L benzin mühərriki
▪ Çərçivəli konstruksiya — real off-road imkanları
▪ 4x4 sistemi
▪ Yüksək klirens
▪ Azərbaycan yolları və iqlimi üçün uyğun
▪ Uzun səfərlər və ağır istifadə üçün ideal
▪ Mitsubishi-nin ən dözümlü SUV modellərindən biri
Xərcləri yoxdur, "Otur sür" maşındır. Xırda kosmetik yerlər (cızıqlar var). Və təkərləri zəifdir. Plyonkaları yenilənməlidir (Yaxından baxanda nöqsanlar bilinir).
Artıq çatdıra bilmədim yığım. Maşının xodovoy hissəsi tam olaraq yığılıb, Salonda da 90% əsas işlər görülüb. Obezşumka, Çexollar, Monitor, Start-Stop, Mərkəzi pultla qapanma.
▪ Offroada yığılsa - Planla ancaq Disk təkər, Dam, və qabaq Hissə qalmışdı.
▪ Şəhər tipli yığılsa - Yalnız Disk təkər