Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan "Grasse French Perfume" fransız parfüm evi tərəfindən yaradılmışdır. "Grasse French Perfume" şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur. Lavanda və ananasın enerjili qoxusu, qırmızı alma və palıd mamırı ilə harmanlanır. Tonka lobyası və səndəl ağacı isə klassik bir finiş verir.