Invictus For Men kişi xarakterini təravətli, enerjili və qalıcı qoxu ilə tamamlayan ətirdir. Qreypfrutun canlı təravəti dəniz havası ilə birləşərək ilk anda təmiz və güclü təsir yaradır. Dəfnə yarpağı qoxuya fərqli xarakter qatır, ağac notları və amber isə ətiri daha isti, dərin və kişi stilinə uyğun edir. Gündəlik istifadə, iş, görüş və idman sonrası təravətli görünüş üçün ideal seçimdir. Yaz, yay və payız mövsümündə rahat istifadə oluna bilən bu ətir özünə güvənən kişilər üçün uyğundur. Qoxu notları: qreypfrut, dəniz havası, dəfnə yarpağı, ağac notları, amber.