İş yeri: Şamaxı rayonu, Meysəri Grand Hotel & SPA
Vəzifə öhdəlikləri
Qonaqları yüksək xidmət standartlarına uyğun qarşılamaq və xidmət göstərmək;
Menyu haqqında qonaqlara məlumat vermək və sifarişləri düzgün qəbul etmək;
Sifarişlərin mətbəx və bar komandalarına vaxtında və düzgün ötürülməsini təmin etmək;
Yemək və içkilərin təqdimat standartlarına uyğun şəkildə servis edilməsini təmin etmək;
Masaların servisini hazırlamaq və xidmət sonrası səliqəni qorumaq;
Qonaqların istək və sorğularına operativ şəkildə cavab vermək;
Şikayət və iradlar yarandığı halda müvafiq rəhbərə məlumat vermək;
Gigiyena, təhlükəsizlik və otelin daxili xidmət standartlarına riayət etmək;
Komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək.
Tələblər
Otel, restoran və ya F&B sahəsində iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq bacarığı;
İngilis və Rus dili bilikləri – minimum Pre-Intermediate səviyyə;
Yüksək ünsiyyət və qonaqpərvərlik bacarıqları;
Səliqəli xarici görünüş və nəzakətli davranış;
Komandada işləmək bacarığı;
Növbəli iş qrafikində işləməyə hazır olmaq;
Məsuliyyətli, çevik və diqqətli olmaq;
İş yerinin Şamaxı rayonunda yerləşdiyini nəzərə alaraq həmin ərazidə işləmək imkanının olması.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 18.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/meyseri-grand-hotel-spa-ofisiant-151566