Xüsusi kisələrdə yerləşdirilmiş, bir-birindən asılı olmayan yaylardan ibarətdir. Blokun möhkəmliyini və təhlükəsizliyini təmin etmək üçün blokun hər bir tərəfi dəmir möhkəmləndiricilər ilə bərkidilir. Blok orta yumşaqlıqda keçə ilə üzləndikdən sonra 30 mm hündürlüyündə 20 sıxlığında süngər yapışdırılır. Mexmeri parça,modelə uyğun olaraq süngər, 50 mm antibakterial əlyaf,və qoruyucu tüllə sırınaraq dizayn edilmişdir. Döşək hava kapsullarının köməyi ilə yüksək havalandırma xüsusiyyətinə malikdir. Döşək daşınma qulpları ilə təchiz olunmuşdur. Bio -Müstəqil yaylı, bədənin şəklini mükəmməl formada alan tam ortopedik döşəkdir. Bədənimizin bioloji ortopedik şəklini dəyişdirmədən, əzələ və sinirlərimizi basqı altında sıxmayan,onurğa sütunumuzu mükəmməl şəkildə qoruyan tam ortopedik bir döşəkdir. Sağlamlığında problemi olan və olmayan, kilolu və kilosuz, bütün insanlar üçün mükəmməl bir seçimdir.