Pankreas xəstəliklərində və həzm pozuntularında həzm sisteminin pozulması zamanı pişiklər üçün konservləşdirilmiş tam rasionlu pəhriz qidası. Baytarlıq pəhrizi. Göstərişlər: Kəskin və xroniki ishal Xroniki bağırsaq iltihabı Qida maddələrinin zəif həzm olunması və sorulması Nazik bağırsaqda bakteriyaların çoxalması Kolit Qastrit Pankreatit Ekssudativ enteropatiya Əks göstərişlər: Mövcud deyil İstifadə müddəti Kəskin iltihablı proses zamanı bağırsaq divarının villöz epitelyumun regenerasiya qabiliyyətini artırmaq üçün minimum üç həftəlik pəhriz terapiyası tövsiyə olunur. Xroniki xəstəliklərdə heyvanın bütün həyatı boyunca pəhriz qidası təyin oluna bilər. Həzm sisteminin optimal işi üçün gündəlik rasiona əməl etmək və onun tezliyini artırmaq vacibdir. Faydalı məlumat: bu pəhriz sidik sistemində struvit və oksalat kristallarının yaranmasına əlverişsiz şərait yaradır. Xalis çəki: 100 q. Üstünlüklər: Həzm sisteminin təhlükəsizliyi Yüksək mənimsənilən zülalların (L. I. P. zülalları), prebiyotiklərin, çuğundur pulpasının, düyünün və balıq yağının birləşməsi həzm sisteminin maksimum qorunmasını təmin edir. Enerji tərkibinin orta səviyyəsi Pəhrizdə enerjinin orta səviyyəsi pankreatit zamanı tövsiyə edilməklə yanaşı, kastrasiya edilmiş və ya artıq çəkiyə meylli heyvanların bədən kütləsini idarə etməyə kömək edir. Yüksək dadlı cəlbedicilik Həzm pozuntuları zamanı tez-tez iştah azalması və çəki itkisi müşahidə olunur. Yüksək dadlı cəlbedicilik qida qəbulunu stimullaşdırır və sağalmağa kömək edir. EPA/DHA Omega 3 uzun zəncirli yağ turşuları (eikozapenenoik və dokozageksaenoik) dəri reaksiyalarını azaldır və bağırsaq selikli qişasının bütövlüyünü təmin edir. Royal Canin Gastrointestinal Moderate Calorie (sousda kiçik parçalar) həzm pozuntuları zamanı pişiklərin həzm sisteminin işini normallaşdırmaq üçün tövsiyə edilən tam rasionlu pəhriz qidasıdır. Asan həzm olunan komponentlər. Artırılmış elektrolit tərkibi. Aşağı yağ səviyyəsi. Tövsiyələr Veterinarınızdan bu qidanın istifadəsinin məqsədəuyğunluğu barədə məsləhət alın. Gastrointestinal Moderate Calorie (sousda kiçik parçalar) qidasını kəskin ishal zamanı və sağalma dövründə minimum 1-2 həftə istifadə edin. Həzm çatışmazlığı sindromunda 3-12 həftə müddətində, xroniki ekzokrin pankreas çatışmazlığında isə ömür boyu istifadə edin. Tərkibi: ət və ət yan məhsulları, dənli bitkilər, bitki mənşəli yan məhsullar, mineral maddələr, yağlar və piylər, karbohidrat mənbələri, maya. Asan həzm olunan komponentlər: ət yan məhsulları (quş və donuz əti), qarğıdalı unu, qarğıdalı nişastası.