



Zərif görünüşü və funksionallığı bir araya gətirən qadın çantası dəbli xanımlar üçün xüsusi hazırlanmış eleqant modeldir. Yumşaq çəhrayı rəngi, parlaq metal toka detayı və klassik forması ilə gündəlik istifadə, tədbirlər və xüsusi görüşlər üçün ideal seçimdir. Yüksək keyfiyyətli dəri görnüşlü materialdan hazırlanmış çanta səliqəli tikişləri, möhkəm konstruksiyası və premium görüntüsü ilə seçilir. Həm əldə, həm də çiyində istifadə üçün nəzərdə tutulmuşdur. Tənzimlənən və çıxarılan uzun qayışı sayəsində istəyə uyğun formada rahat daşına bilər. İç hissəsində bir neçə bölmə mövcuddur. Telefon, pulqabı, kosmetika, açar və digər gündəlik əşyalarınızı səliqəli şəkildə yerləşdirməyə imkan verir. Daxildə fermuarlı cib və əsas bölmələr rahat istifadə üçün düşünülmüşdür. Arxa hissədə əlavə fermuarlı cib yerləşir. Bu cib tez-tez istifadə olunan əşyaların rahat saxlanması üçün çox əlverişlidir. Yüngül çəkisi və rahat tutacağı ilə gün boyu komfort təmin edir.














